Siyəzən sakini qohumunu bıçaqla vurub öldürdü

Siyəzən sakini qohumunu bıçaqla vurub öldürdü

Hazırda oxunan: Siyəzən sakini qohumunu bıçaqla vurub öldürdü

19888

Mayın 2-də saat 11 radələrində Siyəzən rayonu, Zarat kəndində Hüseynov Hüseyn Zülfüqar oğlunun bıçaqlanması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Siyəzən rayon prokurorluğu yayıb.

Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu Qabil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Hüseyn Hüseynova xəsarətlər yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qabil Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO