Baş Prokuror: Separatçılarla bağlı cinayət işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək

Baş Prokuror: Separatçılarla bağlı cinayət işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək

Hazırda oxunan: Baş Prokuror: Separatçılarla bağlı cinayət işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək

198761

Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərlərin barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Xankəndi şəhərində Baş Prokuror Kamran Əliyev deyib.

O bildirib ki, artıq 15 nəfərlə bağlı aparılan ibtidai istintaq başa çatıb:

"Onların bütün hüquqları təmin olunub, ölkə daxili qanunlar və beynəlxalq konvensiyalarının tələblərin uyğun bütün hüquqları təmin olunub, vəkil və tərcüməçi ilə təmin olunublar. Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanışolma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO