Amerika prezidentinin kiçik oğlu necə yaşayır?-  FOTOLAR

Amerika prezidentinin kiçik oğlu necə yaşayır?- FOTOLAR

Hazırda oxunan: Amerika prezidentinin kiçik oğlu necə yaşayır?- FOTOLAR

198347
Trampın ailəsi haqqında, özü , arvadı Melani, qızı İvanka barədə nələri oxumamışıq... Amma, onun kiçik oğlu Berron haqqında demək olar ki, informasiya olmayıb - hər halda onun cəmi 11 yaşı var və onu hər yerə baş vuran KİV-dən aralı tutmağa çalışırlar. Buna baxmayaraq Berron maraq doğurur. ABŞ prezidentinin və milyarderin oğlu necə olmalıdır? Ailən hamının diqqət mərkəzində olanda özünü necə aparmalısan?xa0

Moderator.az xarici mətbuata istinadən ABŞ prezidentinin sonbeşiyi (bu günə kimi.., Tramp bu, bilmək olmaz hələ) haqqında bir neçə maraqlı faktları nəzərinizə çatdırır.


Berronun ata tərəfdən alman və şotland , ana tərəfdən isə slavyan kökü var. O ingilis dilində danışdığı kimi sloven dilində də sərbəst danışır. Melaninin sözlərinə görə o, artıq üç ildir ki, sloven və fransız dilində sərbəst fikirlərin i ifadə edir. Görünür, onun bu qabiliyyəti Manhettendəki super bahalı hazırlıq məktəbində oxumasına kömək edir.


Berron Trampın hər zaman hər şeyi olub. Onu faktiki olaraq yeganə övlad kimi ərkəsöyün böyüdürlər. (Trampın başqa övladları ilə böyük yaş fərqini nəzərə alsaq) Bu yeniyetmə centlmenin Tramp qülləsində öz mərtəbəsi var. Bu mərtəbədə təkcə onun yataq otağı deyil, xeyli otaqları var ki, onların sayı və aidiyyatı barədə yalnız təsəvvür etmək olar. Amma, bir şey aydındır ki, oranın genişliyi və dəbdəbəsi barədə çatışmazlıq yoxdur.


Berronun oxuduğu məktəb 1764-cü ildən fəaliyyət göstərir. Burda çox yüksək təhsil verilir və məktəbin illik xərci 37 min dollardır. Donald və Melaninin, elə Berronun özünün də bu məktəb çox xoşlarına gəlir, ona görə də Nyu-Yorkdan Vaşinqtona ”“Ağ Evə köçmək variantı yoxdur.

Melaninin əvvələr öz kosmetik məhsullar istehsal edən obyekti olub və ən maraqlı və bahalı məhsullardan biri kürüdən sıxılmış süd məhluludur . Adətən Berron çiməndən sonra, onu başdan ayağa bu məhlulla sürtüblər. Əlbəttə, milyarderin də oğlunu qara kürü ilə sürtməyib nə edəcəklər ki?
Melaninin sözlərinə görə Berron atasına çəkib. O, oğlunun çox ağıllı, həm də öz iradəsi olan , inadkar kimi təsvir edir.Berron nə istədiyini, həm də nə zaman və necə istədiyini yaxşı bilir. Onun öz zövqü və həvəsi var. O təyyarələrə vurğundur və çarpayıda təmiz ağ yataq dəstini sevir. Anası onu məqsədi və fəaliyyəti olan mini- Donald çağırır. Görünür, o da uğurlu şəxs olacaq.


Berron da atası kimi qolf oynamağı sevir və pis də bacarmır. Atası deyir ki, o anadangəlmə idmançıdır. Bununla bərabər o, tennis və beysbolu da yaxşı oynayır. Qolfu isə adətən atası ilə birlikdə oynayır.xa0
Berron öz yaşıdları kimi idman paltarında çox dolaşmır. O klassik kostyum geyinməyi üstün tutur. Bu da onu kinodakı zəngin Riçiyə bənzədir. Məktəbli forması da çox ciddi tələb olduğundan, görünür Berron klassik üsluba daha çox adət edib. O həmişə ideal təmiz geyinir, saçlarını qısa kəsdirir və xoş görünür.


Berron təsadüfən atasının yanında olanda və əsnəyəndə, o saat onun şəklini çəkirlər. Hiss olunur ki, onu siyasət maraqlandırmır və bu hal da diqqətdən kənar qalmır.xa0


Bacı və qardaşları ondan çox böyük olduğuna görə , o ailədə tək uşaq kimi tərbiyə olunub. Əlbəttə, onun dostları var və onlarla oynaya , vaxt keçirə bilər, amma həqiqətdir ki, daha çox tək qalmağı , tək oynamağı sevir. Berronun 10 yaşı olmasına baxmayaraq, yaşından böyük görsənir. Hündür boyuna , geyiminə , ədasına görə böyük təsiri bağışlayır.


İnanmaq çox çətindir, amma Kennedi administrasiyasından sonra Ağ Evdə böyüyən bütün uşaqların hamısı qızlar olub. O vaxtdan bəri Berron ilk oğlan uşağıdır ki, Ağ Evdə yaşayacaq. Amma, Berronun da Nyu-Yorkdakı məktəbini qoyub atsının darıxdırıcı dairəvi kabinetinə gəlməsi hələ ki, mümkünsüzdür. Tətil dövrləri xaric.

Berronun və Trampın başqa ailə üzvlərinin bir gün ərzində mühafizəsi bir milyon dollara başa gəlir. Bu puldan Berronun mühafizəsinə nə qədər düşür.., açıqlanmır.


xa0Atasının Tvitterdə özünü necə aparmasından asılı olmayaraq, hələ bu günədək Berron sosial şəbəkədə ona hücum edilməsinə heç bir şərait yaratmayıb. Təəssüf ki, hərdən o da baş verir. Yaxın zamanda Saturday Night Live verilişinin ssenarisini yazan Keti Riç Tvitterdə Berronu lağa qoyub, onun səfeh zövqü haqqında zarafat yazıb. Verilişin rəhbərliyi əməkdaşlarının bu zarafatını yersiz hesab etdiyi üçün onu işdən azad ediblər. O Tvitterdən yazdığını çıxarsa da, hətta üzr istəsə də artıq gec idi.


Berronun 11 yaşı oacaq və artıq balaca oğlan deyil. Perspektivdə onun yeniyetmə üsyanı baş verə bilər. Onun üçün video-foto kameraların hədəfində olmaq heç də xoş olmayacaq. Nə etməli- valideynləri seçmirlər. İnauqurasiya zamanı milyonlarla insan gördü ki, Melani Berronun əlindən tutmaq istəyəndə , o kəskin şəkildə əlini çəkdi. Onun yaşındakı uşaqlar üçün bu normal davranışdır. Bu onu göstərir ki, Berron adi oğlandır, ana uşağı olmaq istəmir. Sükanı belə saxla, Berron!







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO