Ağstafadan Bakıya gələn qatar 2 saatdan çox yolda qaldı

Ağstafadan Bakıya gələn qatar 2 saatdan çox yolda qaldı

Hazırda oxunan: Ağstafadan Bakıya gələn qatar 2 saatdan çox yolda qaldı

198079

Ötən gün Ağstafadan Bakıya saat 17.30-da yola düşən 705 nömrəli sərnişin qatarı Dəllər və Goran stansiyaları istiqamətində hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən 2 saatdan çox yolda qalıb.

Azərbaycan Dəmir Yollarından (ADY) Bizim.Media-ya bildirilib ki, bu səbəbdən sərnişinlərin Bakıya çatdırılması üçün Hacıqabul stansiyasından Bakı istiqamətinə ödənişsiz avtobuslar ayrılıb.

Eyni zamanda sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılması üçün 20 Yanvar dairəsi, Zığ və Bayıl istiqamətlərinə ödənişsiz avtobuslar, Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə əlavə qatar reysləri təyin edilib.

ADY yaranmış problemə görə sərnişinlərdən üzr istəyir, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün kompleks tədbirlər üzərində işləyir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO