Cəlilabadda narkotikin təsiri altında avtomobil idarə edən sürücülər SAXLANILDI

Cəlilabadda narkotikin təsiri altında avtomobil idarə edən sürücülər SAXLANILDI

Hazırda oxunan: Cəlilabadda narkotikin təsiri altında avtomobil idarə edən sürücülər SAXLANILDI

198070

Narkotikin təsiri altında avtomobil idarə edən üç sürücü saxlanılıb.

Bizim.Media xəbər verir ki, dövlət qeydiyyat nişanlarından biri yerində olmadığı üçün Cəlilabad Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılan “QAZ-3221” markalı yük avtomobilinin sürücüsü R.Baxşəliyevin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi müəyyən edilib.

Müvafiq müayinə zamanı həmçinin, sürücünün narkotik vasitədən istifadə etdiyi də məlum olub.

Bundan əlavə, dövlət yol polisi əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində idarə etdikləri “VAZ-21061” və “QAZ-2410" markalı avtomobillərlə qayda pozuntusuna yol verdikləri üçün saxlanılan N.Şükürov və A.Cəfərovun da narkotik vasitənin təsiri altında olduqları müəyyən edilib.
Həmin sürücülər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO