Atanın sərxoş halda sükan arxasına oturması qızının ölümü ilə nəticələndi

Atanın sərxoş halda sükan arxasına oturması qızının ölümü ilə nəticələndi

Hazırda oxunan: Atanın sərxoş halda sükan arxasına oturması qızının ölümü ilə nəticələndi

196870

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində baş verib. 

VAZ-2106 markalı avtomobili sərxoş vəziyyətdə idarə edən Hacıqabul sakini, Qismət Xıdırov avtomobili beton arakəsməyə çırpıb. Nəticədə avtomobildə olan sürücünün 20 yaşlı qızı Züleyxa Xıdırova xəstəxanaya çatdırılarkən yolda ölüb. 

Avtomobildə olan üç nəfər ailə üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO