Politoloq Cümşüd Nuriyev Moderator.az-a göndərdiyi aşağıdakı yazıda cəmiyyətdə vaxtaşırı ziyalıların qınanılmasına və Milli Şuranın sabahkı mitinqinə özünəməxsus münasibət bildirib:
"Sabah Milli Şura deyilən qurum üçüncü dəfə olmayan gücünü sınamaq üçün toplanacaq. Cəmiyyətdə gedən proseslər kompleks şəkildə öyrənildikdə daha düzgün nəticə çıxarılır və baş verə biləcək prosesləri proqnozlaşdırmaq mümükün olur. Keçid dövrünü yaşayan bütün postsovet ölkələrində baş verən proseslərə yanaşma tərzi daha çox, sosialist baxışlar nöqteyi-nəzərindən xarakterizə olunur. Məsələn, millətlərarası münaqişələr, hakimiyyət uğurunda amansız mübarizə, islahatların keçirilməsi (istər siyasi, istər hüquqi və istərsə də iqtisadi), mitinqlər və s. Demokratiyanın mühüm prinsipi olan siyasi plüralizm isə bilavasitə siyasi partiyaların olmasını şərtləndirir. Siyasi partiyalar öz məqsədləri və fəaliyyət metodları ilə hakimiyyətə təsir göstərmək dərəcəsinə görə fərqlənən şəbəkələşmiş siyasi təsisatdır. Bu gün siyasi partiyalar dünyanın praktiki olaraq bütün ölkələrində mövcuddur və onların ictima-siyasi həyatında fəal iştirak edirlər. Dünya ölkələrinin təcrübəsinə göstərir ki, partiya və partiya sistemləri heç bir ölkədə əbədi deyildir və daimi inkişafdadır. Bu inkişaf partologıyaya yeni nəzəriyyələrin və elmi fikirlərin gəlməsinə və bununla bağlı emi mübahisələrin güclənməsinə səbəb olur.xa0 Çox təəssüf ki, Azərbaycanda siyasi partiyalar anektoda çevrilib. 10 milyona yaxın əhalisi olan bir ölkədə 50-dən çox partiya var. Şəxsi maraqların hakim olduğu müxalifət cəbhəsində artıq hər şey öz dəyərini itirib. Maddi maraqlar əsasında fəaliyyət göstərən, adını "ana müxalifət" qoyan partiyalar cəmiyyətdən hansı əsaslarla dəstək gözləyir?
Bütün partiyaları ardıcıllıqla xarakterizə edəcəyik. Ancaq ilk olan Azərbaycana böyük siyasi zərbə vurmuş AXCP-dən başlayaq. Bu partiya rəhməlik Ə.Elçibəyin şəxsiyyəti ətrafında toplaşan insanların siyasi birliyi idi. İlk gündən partiya daxilində qruplaşma yaradan Ə.Kərimov Elçibəyin dünyasını dəyişməsindən yaxşı yararlandı və təşkilatda diktatura qurmağa çalışdı. Nəticədə M.Fəttayev (Elçibəy ideyalarına ən sadiq olan əxlaqlı siyasətçi), A.Mollazadə, Q.Həsənquluyev, F.Mustafa və sairləri AXCP-dən ayrıldı. Çünki Əliyə güclü şəxsiyyətlər lazım deyildi. Öz qulbeçələri vasitəsi ilə xüsusi ləkələmə sistemi quran Ə.Kərimli yenidən "cücərməyə" çalışır. Bu həmin Ə.Kərimovdur ki. 1995-ci il mart çevrilişinin əsas fiqurlarından biridir. Türkiyədə MİT-in işçiləri Soner Yalçın və Doğan Yurdakul tərəfindən şap olunmuş "Klaudionun türk tetikçisi" kitabının 237-ci səhifəsində yazılır:xa0
"Elçibeyi temsilçisi Ali Kerimov ABD-ye gitti. Vaşinqtonda Uluisal güvenlik Konseyində, ABDnin eski SSCB topraklarındakı ülkelerdən sorumlu Strobe Talbotun yardımşısı James Collinsle görüştü". "Kerimov Türkiyede dönemin başbakanı Tansu Çiller ve devlet bakanı Ayvaz Gögdemirle yemek yedi. Amerikadakı temaslarıyla ilgili bilgiler verdi" ("Azerbaycanlı derbeçiler: Çiller və Gögdemrle yemek yedik". "Sabah" qazetesi, 26 mayis 1997. Ə.Kərimovun bu xəyanəti nəticəsində Qarabağ müharibəsinin əvəzsiz qəhramanları OMON-çular vətən xaini damğasını aldı, həlak olanlar və tutulanlar oldu. Onların bəzisi bu gün də həbsdədirlər. Amma Ə.Kərimov sanki heç bir şey olmayıbmış kimi yenə də meydanda və bu gün də mitinq eşqindədir.
Ə.Kərimov indi də alınan tapşırıq əsasında camaatı meydanlara tökmək istəyir, ancaq siyasi səhətdən tükəndiyi üçün alınmır. Necə olur ki, dövlət çevrilişində əsas fiqurlardan biri olur, iki seçim deputat olur, müavinlərinin əksəriyyəti zaman-zaman ya həbs olunub azadlığa çıxıb, ya da hələ də həbsdədir? Ə.Kərimovu kimlər dəstəkləyir və niyə görə? Niyə digər partiya liderlərinin uşağı xaricdə təhsil ala bilmir, amma onun ailəsi uzun illərdir ki, dünyanın ən bahalı şəhərlərinin birində məskunlaşıblar? Bu cür suallar çoxdur. Ziyalıları qınayan əzizlərimiz, sizlərdən fərqli olaraq bizlər cəmiyyətdə baş verən və verə biləcək prosesləri həyat təcrübəmiz əsasında daha düzgün qiymətləndirə bilirik. Bilirəm yenə də öz tərbiyələrinə uyğun olaraq məni ittiham edənlər və söyənlər olacaq. Amma ziyalı olan kəs öz xalqının maraqlarını şəxsi maraqlarına satan siyasətçinin yox, xalqına xidmət edən siyasətçinin yanında olmalıdır.xa0 Ə.Kərimov və onun kimilər artıq tarixin arxivindədir və onları toz basıb. Əgər yenidən "zibillə" oynamaq istəyirsinizsə, seçim sizindir...





























































































