Hacıqabulda 15 nəfərin 60 min manatını mənimsəyən şəxs SAXLANILDI

Hacıqabulda 15 nəfərin 60 min manatını mənimsəyən şəxs SAXLANILDI

Hazırda oxunan: Hacıqabulda 15 nəfərin 60 min manatını mənimsəyən şəxs SAXLANILDI

196269

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində vətəndaşları aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Azər Əliyev saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib.

Adıçəkilən şəxs avtomobil elanı saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. Ona zəng edən vətəndaşlara "beh" göndərmələri üçün bank hesab nömrəsini təqdim edib, pulları əldə etdikdən sonra isə telefon zənglərinə cavab verməyərək əlaqəni kəsib.

Ümumilikdə 15 zərərçəkəni aldadan A.Əliyev onların 60 000 manata yaxın pulunu ələ keçirib.
Həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO