“Sovetski”nin daha bir hissəsi dövlət ehtiyacı üçün söküləcək - Qərarı gözləyirlər

“Sovetski”nin daha bir hissəsi dövlət ehtiyacı üçün söküləcək - Qərarı gözləyirlər

Hazırda oxunan: “Sovetski”nin daha bir hissəsi dövlət ehtiyacı üçün söküləcək - Qərarı gözləyirlər

19623

2014-cü ildən Bakının “Sovetski” deyilən ərazisində başlanan söküntülər dayandırılıb. Söhbət Mirzəğa Əliyev küçəsindəki ərazidən gedir. Söküntü işlərinin hansı səbəbdən dayandırılması və nə zaman davam etdiriləcəyi məlum deyil. 

Qeyd edək ki, 2016-cı ilin avqustundan icrasına başlanan layihəyə uyğun olaraq 26 hektar ərazidə yolların salınması və abadlıq işlərinin aparılması həyata keçirilib.

Ümumi uzunluğu 7 kilometrdən çox olan Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov və Füzuli küçələrinin yenidən qurulması yekunlaşıb. Nəriman Nərimanov prospektinin yenidən qurulması zamanı hərəkət zolaqlarının sayı 4-ə çatdırılıb. Abdulla Şaiq küçəsi isə 3 hərəkət zolağından ibarətdir. Layihə çərçivəsində 169 yol nişanı quraşdırılıb. Amma “Sövetski” ərazisinin tam olaraq abadlaşdırılması işləri tamamlanmayıb. 

Yasamal Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xaqani Teymurov Bizim.Media-ya açıqlamasında qeyd edilən ərazinin dövlət ehtiyacı üçün söküldüyünü xatırladıb.

Həmçinin bildirib ki, söküntü işlərinə dövlət tərəfindən qərar veriləcəyi təqdirdə başlanılacaq.

Xatırladaq ki, Bakının "Sovetski" deyilən ərazisinin sökülməsinə 2014-cü ildən başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4 min 500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri bir çox hallarda sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb, sökülüb. İkinci mərhələdə isə min 920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunur. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO