Meşədə vəfat edən Oğuz sakininin ölüm səbəbi bilindi

Meşədə vəfat edən Oğuz sakininin ölüm səbəbi bilindi

Hazırda oxunan: Meşədə vəfat edən Oğuz sakininin ölüm səbəbi bilindi

195752

Xəbər verdiyimiz kimi, ötən gün Oğuzda qoyunları otarmağa gedən kişinin meşəlik ərazidə meyiti tapılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Sincan kənd sakini 51 yaşlı Anar Məmmədyarov qoyunları otarmaq üçün kənddən bir qədər aralı meşəlik əraziyə gedib. 

Axşam saatlarında qoyunların kəndə çobansız qayıtdığını görən kənd sakinləri  məsələdən şübhələnərək Anar Məmmədyarovu axtarmağa başlayıblar.

Aparılan axtarışlar nəticəsində həmkəndlilər 51 yaşlı Anarı meşəlik ərazidə ölmüş vəziyyətdə aşkar ediblər.

Meyitin üzərində heç bir zorakılıq əlaməti aşkar edilməyib. Həkimlər Sincan kənd sakinin ürək tutmasından qəflətən vəfat etdiyini bildirib. 

Faktla bağlı araşdırma aparılır.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO