Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, iyunun 3-ü saat 11:00-da uşaqların I sinfə elektron qəbulu prosesində Abşeron, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində sərbəst (prioritetsiz) qəbul aparılacaq.
Qeyd edilən ümumi təhsil müəssisələrinin siyahısı “mektebeqebul.edu.az” saytında təqdim olunub.
Bizim.Media