Azərbaycan əhalisinin 45.7 faizi 29 yaşa qədər insanlardan ibarətdir - STATİSTİKA

Azərbaycan əhalisinin 45.7 faizi 29 yaşa qədər insanlardan ibarətdir - STATİSTİKA

Hazırda oxunan: Azərbaycan əhalisinin 45.7 faizi 29 yaşa qədər insanlardan ibarətdir - STATİSTİKA

19473

2021-ci il martın 16-a qədər Azərbaycan əhalisinin yaş qruplarına görə sayı müəyyənləşib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə yaşayan insanların 703.8 mini 4 yaşadək olan uşaqlardır. 5-9 yaş arası azyaşlıların sayı isə 848.8 min nəfərdir.

Azərbaycanda 10-14 yaşda olan uşaqların sayı isə 708.2 nəfərdir. Əhalinin 624.5 min 15-19, 690.4 min 20-24, 869.5 mini isə 25-29 yaşlı insanlardır. 

Bundan başqa 10 milyon 119.1 minlik xalqın 939.4 mini 30-34 yaşlı vətəndaşların payına düşür.

Digər ardıcıllıq belədir:

35-39 yaş arası 835.9 min

40-44 yaşlı insanlar 704.2 min

Ömrünün 45-49-cu ilini yaşayanlar 606.6 min

50-54 643.2, 55-59 638.9, 60-64 yaşlı insanlar isə 549.3 mindir.

Yaş kateqoriyalarında ən az insan isə 65-69 yaşlı vətəndaşlardır. Belə ki, onların sayı cəmi 318.7 min hesablanıb. Bununla yanaşı, 70-dən yuxarı yaşı olan insanlar əhalinin 437.7 minini təşkil edir.

Sonda qeyd edək ki, Azərbaycan xalqının əmək qabiliyyətli yaşda olan hissəsi 6 milyon 940.9 mindir.

Anar Rəhimov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO