2020-ci ildə Azərbaycanda 126 min 571 uşaq dünyaya gəlib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin doğuş sayı 2019-cu ildən azdır. Çünki 2019-cu ildə Azərbaycanda 141 min 179 uşaq dünyaya gəlib.
Xatırladaq ki, son illər ərzində Azərbaycanda ən çox doğum halı 2011-ci ilə təsadüf edir. Həmin il ölkədə 176 min 72 körpə dünyaya göz açıb.
Lakin 2011-ci ildən sonra doğulmaların sayı azalan tempdə qeydə alınıb.
Bundan başqa, 2020-ci ildə təbii artımın sayında da hədsiz azalma var. Belə ki, 2019-cu ildə təbii artım 85 min 263 idisə, 2020-ci ildə bu göstərici 50 min 924 olub.
2020-ci ilin sevindirici olmayan digər statistikası ölüm saylarının artmasıdır. Belə ki, 2019-cu ildə 55 min 916 nəfər vəfat edibsə, 2020-ci ildə ölənlərin sayı 75 min 647-dir.
Müsbətə doğru dəyişən yeganə statistika isə 1 yaşadək uşaqların ölümü ilə bağlıdır. Belə ki, 2019-cu ildə 1557 belə hal yaşanmışdısa, 2020-ci ildə bu rəqəm 1242-yə düşüb.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:46 / 28.04.2021
Ölkədə ölüm sayı çoxalıb... Təbii artımda isə kəskin azalma var - STATİSTİKA
Hazırda oxunan: Ölkədə ölüm sayı çoxalıb... Təbii artımda isə kəskin azalma var - STATİSTİKA
Hazırda oxunan: Ölkədə ölüm sayı çoxalıb... Təbii artımda isə kəskin azalma var - STATİSTİKA
19356
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.