16 yaşlı şəxslər qeyri-rəsmi nikahda yaşaya BİLƏR? – Hüquqi İZAH 

16 yaşlı şəxslər qeyri-rəsmi nikahda yaşaya BİLƏR? – Hüquqi İZAH 

Hazırda oxunan: 16 yaşlı şəxslər qeyri-rəsmi nikahda yaşaya BİLƏR? – Hüquqi İZAH 

192427

Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycanda nikah 18 yaş müəyyən olunub. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. 16 və ondan aşağı yaşda olan şəxslər rəsmi nikaha daxil ola bilməzlər.

Bu günlərdə Tovuzda özündən 10 yaş böyük şəxs tərəfindən qaçırılan qızın ifadəsində könüllü şəkildə getdiyi və hüquq-mühafizə orqanlarının da bu ifadəyə əsaslanaraq addım atdıqları ilə bağlı fakt yaşanıb. Gəncə şəhərindəki regional qrupundan sözügedən olayla bağlı saytımıza bildirilib ki, 16 yaşı tamam olmuş bir şəxsin istənilən şəxslə yaşaması və ya münasibətdə olması qanunla qadağan deyil.

16 yaşlı şəxsin azad qərar verməsi və qanunla bunun qadağan olunmaması məsələsi ictimaiyyətdə qınaq obyekti olub. Bir çox hüquqşünaslar bunu qanunvericilikdə olan müvafiq boşluqla əlaqələndiriblər.

Maraqlıdır, yaşı 18-dən aşağı olan qızların başqa biri ilə qoşulub qaçması, bu məqamda ailənin qərar verə bilməməsi ilə bağlı müddəa qanunda varmı? 16 yaşlı şəxs müstəqil qərar verə bilərmi?

Hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında məsələnin hüquqi izahını verib. O bildirib ki, nikah yaşına çatmamış gənclərin bir-birinə qoşulub qaçmasının müxtəlif səbəbləri olur:

“Qoşulub qaçmaq” sözünün məzmunu da situasiyanın mahiyyətini göstərir. Yəni bu cütlük kimlərdənsə qaçmalı olub. Qaçış əsasən valideynlərdən olur. Ya qızın, ya da oğlanın valideyni onların birləşməyinə razı olmurlar, övladları ilə bağlı ayrı planları olur. Bu zaman gənclər çıxış yolunu bir-birlərinə qoşulub qaçmaqda görürlər. Burada yaş mühüm rol oynayır.

Əgər qız 16 yaşdan yuxarıdırsa, könüllü oğlana qoşulub gedibsə, bu, qaçırma deyil. Bu məqamda oğlan heç bir məsuliyyət daşımır. Amma əgər 16 yaşdan aşağıdırsa, burada oğlana qarşı məsuliyyət yarana bilər. Praktikada bu hal olub. Qız öz razılığı ilə qoşulub getdiyi halda valideynlərin şikayəti əsasında cinayət işi başlanılıb.

Burada cinayət işi 16 yaşına çatmamış qız uşağı ilə cinsi əlaqədə olmaqla başlanılır. Qanunda və praktikada belədir. Cütlük bir-birini sevsə də, ailə kimi yaşamaq istəsələr də, qızın 16 yaşı olmadığı üçün qanunla oğlan cinayət məsuliyyəti daşımalıdır. İstintaq və məhkəmə məcburdur ki, bununla barışsın, çünki qanunun tələbidir. Hərçənd bu, ailə faciəsinə gətirib çıxarır. Çünki iki gənc bir-birini sevir və bu zaman ailə dağılır”.

Ə.Mustafayev qeyd edib ki, çox ciddi maarifləndirmə işi aparılmalıdır:

“Normalar izah olunmalıdır ki, ailə dağıla bilər, məsuliyyət yarana bilər. Maarifləndirmə işi ildə-ayda bir dəfə yox, mütəmadi aparılmalıdır. Xüsusilə, konkret faktlar üzərindən gənclərə izah etmək lazımdır ki, bu, cinayət əməlidir və ailənin məhv olmasına səbəb ola bilər. 16 yaşına çatmış gənclər könüllü ailə kimi qala bilərlər.

Bizdə nikah yaşı 18-dir, lakin bunu İcra Hakimiyyətinin razılllığı ilə 1 il aşağı salmaq olar. 17 yaşdan da nikaha girmək mümkündür. Mən dediyim normalar könüllü qoşulub qaçmaqla bağlıdır. Əgər məcburiyyət varsa, zor tətbiq edilibsə, bu, artıq adam qaçırılmasıdır və çox ciddi məsuliyyət yaradır. Nəticə etibarilə ağır cinayətdir”.

Məsələ ilə bağlı hüquqşünas Pərviz Hacıyevin əsaslandırması isə belə olub: 

"16 yaşlı şəxsin azad qərar verib-verməməsi Azərbaycan qanunvericiliyindəki boşluqdan irəli gəlir. Ailə Məcəlləsinə görə nikah yaşı 18 müəyyən olunub. Zəruri hallar olduqda müvafiq icra hakimiyyətinin qərarı ilə bu bir yaş geri çəkilə bilir. Amma Ailə Məcəlləsinin özündə bununla bağlı boşluqlar var. Bu Məcəllədə yetkin yaşına çatmayan valideynlərin hüququ məsələsi əks olunub. Bunun özü şuuraltı insanlara yeridir ki, yetkin yaşına çatmayan valideyn ola bilər.

Qaçırılma məsələsinə gəlincə isə hər bir şəxs 18 yaşına çatanda fəaliyyət qabiliyyəti əldə edir. Əmək Məcəlləsinə əsasən 16 yaşında şəxslər də artıq əmək qabiliyyətlərini realizə edə bilərlər. Şəxsin tam fəaliyyət qabiliyyətli sayılması 18 yaşdan hesablanır. Belə olan halda 14 yaşına qədər şəxslərin qəyyumları olur, onlar valideynlər və övladlığa götürən şəxslərdir.

Bir sözlə onların 14 yaşından 18 yaşa qədər himayədarları olur. Yetkin yaşına çatmayan şəxslər xırda məişət və öz mənafeləri istisna olmaqla yük planı verən əqdlər bağlamaq hüququndan məhrumdurlar”. 

Hüquqşünas əlavə edib ki, əgər şəxs öz istəyi olmadan ailə qurmaq məqsədilə qaçırılıbsa, bu artıq cinayət Məcəlləsinin 144-cü maddəsi ilə məsuliyyətə səbəb olur:

“Adam oğurluğunda şəxsin öz iradəsindən kənar, zorən aparılmalı və ya yeri dəyişdirilməldir. Yox əgər 16-17 yaşlı şəxsi iradəsindən kənar aparmayıblarsa, burada artıq cinayət məsuliyyəti məsələsi problrm yaradır. Hər bir halda yetkin yaşına çatmış olsa da, onun nikah məqsədilə qaçırılması adam oğurluğudur və məsuliyyət yaradır”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO