Niderlandın Baş naziri COP29-a dəvət edildi – FOTO  

Niderlandın Baş naziri COP29-a dəvət edildi – FOTO  

Hazırda oxunan: Niderlandın Baş naziri COP29-a dəvət edildi – FOTO  

192217

Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin göndərdiyi dəvət məktubunu Niderlandın Baş naziri Mark Rutteyə təqdim edib. 

Bizim.Media xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib. 

“Niderland Baş nazirinin xarici siyasət və müdafiə üzrə müşaviri Adrian Eysselsteyn ilə görüşmək və Azərbaycan Prezidenti İlham Əliyevin Niderlandın Baş naziri Mark Rutteyə ünvanladığı COP29-da iştirakla bağlı dəvəti çatdırmaq mənim üçün böyük sevinc və şərəf idi. Əminik ki, Niderlandın Baş naziri və onun nümayəndə heyətinin fəal iştirakı iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığa töhfə verəcək”, - paylaşımda deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO