"Oğlum Fuad Poladov kimi aktyordur" - Çingiz Əhmədov

Hazırda oxunan: "Oğlum Fuad Poladov kimi aktyordur" - Çingiz Əhmədov

191968

“Oğlumun aktyor olacağını gözləmirdim. Amma indi reytinq cədvəlində birincidir”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov “Nahara az qala” verilişində aktyor oğlu İbrahim Çingiz haqda danışarkən deyib. Sənətçi övladının mərhum Xalq artisti Fuad Poladov kimi istedadlı olduğunu bildirib:

 

"Özünün xəbəri olmadan gedib tamaşalarına baxıram. İstedadlı insanları sevirəm. Adamın gərək öz quyusunda su ola. İbrahim, Fuad Poladov kimi bir aktyordur. Onu çox yerə dəvət edirlər, amma getmir. Hərdən fikirləşirəm ki, düz edir. Çünki bu gün efirdə bir şey danışırsan, onu şişirib "dağ başına” qoyurlar. Əvvəllər belə bir şey yox idi”. 

 

Qeyd edək ki, İbrahim Çingiz Rus Dram Teatrının aktyorudur. O, ötən il aktrisa Aydan Axundzadə ilə ailə qurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO