Yerin maqnit sahəsində pozulma beş göstəricili monitorinq şkalası üzrə “güclü” mənasını verən “G3” səviyyəsinə yüksəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “TASS”a Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətindən bildirilib.
Bildirilib ki, səviyyə “G3” o deməkdir ki, Yer kürəsində enerji sistemləri, o cümlədən təhlükəsizlik sistemlərində yanlış siqnallarla bağlı problemlər ola bilər. Peyk və aşağı tezlikli radionaviqasiyada fasilələr və yüksək tezlikli radio rabitəsində fasilələr də yarana bilər.
Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:55 / 11.05.2024
Yer kürəsində güclü maqnit qasırğası BAŞLAYIB
Hazırda oxunan: Yer kürəsində güclü maqnit qasırğası BAŞLAYIB
Hazırda oxunan: Yer kürəsində güclü maqnit qasırğası BAŞLAYIB
191488
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.