Dünyada 1 milyarddan çox insan peyvənd olunub - RƏSMİ

Dünyada 1 milyarddan çox insan peyvənd olunub - RƏSMİ

Hazırda oxunan: Dünyada 1 milyarddan çox insan peyvənd olunub - RƏSMİ

19053

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kütləvi vaksinasiyanın aparıldığı ölkələrin sayı artmaqda davam edir. Artıq peyvənd işi dünyanın əksər ölkələrində icra edilir.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Son sutkada 14 424 nəfər peyvənd olundu


​​​​​​​Qeyd olunub ki, hazırda peyvənd olunanların sayı 1 milyard nəfəri keçib.  

Bildirilib ki, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən bütün dünyada 2 milyard 11 milyon dozadan çox COVID-19 əleyhinə vaksin tətbiq edilib.

Bu Yer kürəsindəki insanların 15 faizinə qədərini təşkil etsə də çox ümidverici rəqəm olduğu qeyd edilib. İlin sonuna qədər peyvənd olunanların sayının 3 milyarda yaxınlaşacağı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO