Cavanşir körpüsü sökülür? - VİDEO

Cavanşir körpüsü sökülür? - VİDEO

Hazırda oxunan: Cavanşir körpüsü sökülür? - VİDEO

190516

Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər.

Bizim.Media xəbər verir ki, 1962-ci ildə istismara verilmiş körpüdə təhlükəsizlik məqsədilə sınaqlar aparılıb.

2023-cü ildə İngiltərənin "Twi Caspian Sea" şirkətinin Azərbaycandakı filialının və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssislərinin birgə iştirakı ilə Cavanşir yolötürücüsündə müayinə və sınaq işləri yerinə yetirilib.
Bununla yanaşı, 32 ton olan yük avtomobillərindən istifadə etməklə aparılan sınaq zamanı müəyyən edilib ki, yük maşınlarının hərəkəti zamanı aşırım qurğusundakı əyilmə normadan artıqdır. Bu isə qəza riskini artırır.

Qeyd edək ki, istismar dövründə qurğuda ciddi qüsurlar və deformasiyalar əmələ gəlib. 2018-ci ildə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdindəki İnstitut yolötürücünün demontaj edilməsini tövsiyə edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO