Azərbaycanda bu yol çökdü - FOTO

Azərbaycanda bu yol çökdü - FOTO

Hazırda oxunan: Azərbaycanda bu yol çökdü - FOTO

18918

Lənkəranda yeddi kəndi birləşdirən Hirkan-Daşdatük-Biləsər yolunda torpaq sürüşməsi baş verib.

Bizim.Media müxbiri xəbər verir ki, 2018-ci ildə Lənkəran rayonunun dağlıq ərazisində çəkilən 22 kilometrlik Hirkan-Daşdatük-Biləsər yolunda baş verən torpaq sürüşməsi nəqliyyatın hərəkətinə çətinliklər yaradır.

Bir neçə yerdə baş verən torpaq sürüşməsi səbəbindən yolun asfalt qatı dağılıb. Bəzi yerlərdə torpaq çökməsi nəticəsində təxminən 1,5 metr enində, 15 metr uzunluğunda yarğanlar yaranıb.

Yolun yuxarı hissəsindən torpaq kütləsi aşağıya doğru sürüşərək qoruyucu baryerləri yararsız hala salıb.

Lənkəran 48 nömrəli Yol İstismarı MMC-nin istehsalat üzrə mühəndisi Natiq Cavadov bildirib ki, yolun 7-9-cu kilometrliyindəki ərazidə sürüşmə tez-tez baş verir:

“Əsasən də payız-qış dövründə yağış, qar sularının təsirindən aşağı yol yamaclarında sürüşmələr olur. Mütəxəssislər dəvət etmişik, təkliflər hazırlayıblar. Yaxın gələcəkdə onların köməyi ilə çalışacağıq ki, bu çətinlikləri aradan qaldıraq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO