Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib.
Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun müvafiq Sərəncamına əsasən, Sahir Kamil oğlu Rüstəmov Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatnın rəhbəri vəzifəsinə təyin edilib.
Sahir Rüstəmov bu təyinatadək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, Naxçıvan Nazirlər Kabinetinin Aparat rəhbəri Aləm Bağırov dünən vəzifəsindən azad olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:28 / 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
Hazırda oxunan: Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
Hazırda oxunan: Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
189099
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.