Bu gün Bakıda 30 ölkəni təmsil edən 100-dək nüfuzlu ekspertin iştirakı ilə yüksəksəviyyəli beynəlxalq konfrans keçiriləcək.
Bizim.Media xəbər verir ki, tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 və Azərbaycanın yaşıl enerji siyasəti müzakirə olunacaq.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”nə təsadüf edən budəfəki konfrans işini Ermənistanın 30 illik işğalından azad olunmuş Laçında davam etdirəcək və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verəcək.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. İqtisadi və eyni zamanda, “yaşıl” inkişafa fokuslanan beyin mərkəzləri və akademik institutların nümayəndələri universallığa dəstək verməlidirlər.
Onların bilikləri “qlobal ictimai məhsul” hesab edilir. Ona görə də beyin mərkəzlərinin və digər bilik institutlarının konfransda iştirak edən nümayəndələri milli, regional və qlobal səviyyələrdə problemlərin həll yollarını paylaşmalıdırlar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:18 / 23.04.2024
Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
Hazırda oxunan: Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
Hazırda oxunan: Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
188502
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.