Siyavuş Novruzov: Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir? - VİDEO

Hazırda oxunan: Siyavuş Novruzov: Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir? - VİDEO

187938

“Uşaq məktəbə gedir ki, dərs oxusun, öyrənsin . Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gəlir?” 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

“Əgər məktəbəqədər təhsil müəssisələrin sayı əhatə dairəsinə görə Bakıda 25%, rayonlarda isə 10%-i keçmirsə, bu uşaq harda təhsil almalıdır?

Hindistanda belə qanun var idi ki, ancaq varlılar oxuya bilər. Vətəndaş övladını evinə yaxın məktəbə gətirir, uşağın birinci sinifdən qeydiyyatdan keçirməyə böyük ansambıl düzülüb, müsabiqə keçirirlər. Nə müsabiqə keçirir? Harada göstərilib bu? Hansı qanunda göstərilib? Hərə özündən qanun qəbul edib, təhsilə mane törətməsin” – deyə S.Novruzov bildirib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO