Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Hazırda oxunan: Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

187539

“Aprel ayının 3-də Prezident Yanında Əfv Məsələləri Komissiyası öz iclasına başladı. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Müvafiq rəylərin hazırlanması barədə qərarlar qəbul edildi”.

Bizim.Media xəbər verir ki, bunu Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

“Əfvdən kənarda hər hansı bir şəxs qalmır. İstənilən məhkum müraciət etdikdə onun əfvə düşmə ehtimalı var. Amma hər şeydən əvvəl bir sıra meyarlar var ki, bir qayda olaraq onlara əməl edilir.

Söhbət edilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi, şəxsin əvvəllər cinayət edib-etməməsi məsələsi, zərərçəkmişin mövqeyi, dəymiş ziyanın ödənilməsi, ailə vəziyyəti və s. kimi amillərdən gedir. Bütün bunlar rəylərin hazırlanması zamanı diqqətə alınır”, - o bildirib.
Daha ətraflı Baku TV-nin süjetində:

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO