Bakıda COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək - FOTO

Hazırda oxunan: Bakıda COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək - FOTO

187501

Birləşmiş Ərəb Əmirliklərində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Assambleyasının 14-cü sessiyası çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Agentliyin baş direktoru Françesko La Kamera arasında görüş olub.

Energetika Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr, ölkəmizlə IRENA arasında əməkdaşlıq əlaqələrinin bir sıra təşəbbüslər və platformalar vasitəsilə inkişafına dair müzakirələr aparılıb. 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mərkəzi Asiya üçün IRENA İnvestisiya Forumuna Azərbaycanın ev sahibliyi, həmçinin Şərq Tərəfdaşlığı ölkələri üçün Bərpa Olunan Enerji üzrə Yol Xəritələri təşəbbüsü üzrə hesabatın təqdimatına dair tədbirin keçirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.
Söhbət zamanı ikitərəfli əməkdaşlığın digər aspektləri də müzakirə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO