Qubada unudulmayan \

Qubada unudulmayan \"Səməniatdı\" - VİDEO

Hazırda oxunan: Qubada unudulmayan \"Səməniatdı\" - VİDEO

185282

Qubalılar "Səməniatdı" adətini qədim vaxtlardan bəri yaşadırlar.

Bizim.Media xəbər verir ki, Novruz bayramından 13 gün sonra axar su üstünə gəlib bayramda cücərtdikləri səmənini çaya atıb dilək tuturlar və şirniyyat paylayırlar.

Bu gözəl milli adət  yalnız Qubaya aiddir. Bu il də aprelin 2-də niyyət tutanlar, arzusu çin olanlar Qudyalçayın yanına gəliblər.

Səhər saatlarından fərdi və kütləvi qaydada Quba sakinlərinin axar su üstünə  gəlişi başlayıb.

Qubanın İkinci Nügədi kənd sakini Nuriyyə  Abdullayeva "Səməniatdı" mərasiminin məhz Qubaya aid olduğunu deyir.

Onun sözlərinə görə, bayram səmənisinin buğda dənələrinin suya qarışması bərəkət rəmzi hesab olunur.
 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO