Sumqayıtda küçə boyunca çirkab su axır – 100-ə yaxın ailə TƏHLÜKƏDƏ - VİDEO

Hazırda oxunan: Sumqayıtda küçə boyunca çirkab su axır – 100-ə yaxın ailə TƏHLÜKƏDƏ - VİDEO

183802

Çirkabın axıdılması üçün ödəniş alınsa da, xidmət göstərilmir. Kanalizasiya xəttinin düzgün işləməməsi ərazini keçilməz hala salıb, çirkab küçə boyunca axır.

Bizim.Media Xezerxeber.az-a istinadən xəbər verir ki,  görüntülər Sumqayıtın Corat bağları, General Məhəmməd Əsədov küçəsindəndir.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, özləri küçəyə illər öncə kustar üsulla xətt çəksələr də, sonradan əhali sayı artdığına görə, borular yükləməyə tab gətirməyib. Hazırda 100-ə yaxın ailənin yaşadığı küçə xoşagəlməz haldadır.

Sakinlərin sözlərinə görə, ərazi "Azərsu ASC"nin Bağlar su-kanal idarəsinin balansındadır.
Problemlə bağlı dəfələrlə aiddiyyəti orqana müraciet etsələr də, heç bir nəticəsi olmayıb.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin Bağlar su-kanal idarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, sakinlərin haqlı şikayəti çox qısa vaxt ərzində həll ediləcək. Kustar üsulla çəkilən kanalizasiya xətləri əhali sayı nəzərə alınmaqla yeniləri ilə əvəzlənəcək. Bununla da problem həllini tapacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO