Ziya Məmmədovun müavini ilə bağlı şok AÇIQLAMA - Bütün ingilis mətbuatı bu hadisədən yazdı

Ziya Məmmədovun müavini ilə bağlı şok AÇIQLAMA - Bütün ingilis mətbuatı bu hadisədən yazdı

Hazırda oxunan: Ziya Məmmədovun müavini ilə bağlı şok AÇIQLAMA - Bütün ingilis mətbuatı bu hadisədən yazdı

18332

Nəqliyyat nazirinin sabiq müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nın keçmiş sədri  Arif Əsgərovun oğlu bir neçə ölkədə iri  şirkətə sahibdir.

Bizim.Media-nın xəbərinə görə, bu barədə jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində paylaşım edib. 

“Arif Əsgərov artıq çoxlarının yadından çıxıb, nəqliyyat nazirinin müavini idi. Diribaş uşaqları var, biri Londonda oxuyarkən ərəb mənşəli bank işçisinə 20 min funt sterlinq verib öz əvəzinə imtahana keçirtmişdi. İşin üstü açılınca universitetdən qovulmuşdu. Onun "fərasəti" o zaman bütün İngiltərəni şoka salmışdı, bütün ingilis mətbuatı bu hadisədən yazmışdı”.

Jurnalist qeyd edib ki, A.Əsgərovun oğlu Elnar Əsgərov 3 ölkədə böyük şirkət açıb.

“İndi həmin oğlu iri şirkət sahibidir, İngiltərə, Türkiyə və Ukraynada logistika şəbəkəsi qurub. İngilislərin paxıllığı özlərinə qaldı”,- deyə jurnalist vurğulayıb.

Qeyd edək ki, sözügedən imtahan qalmaqlı ilə bağlı Britaniyanın nüfuzlu mətbuat orqanlarında məlumatlar yer almışdı.  

Bildirlirdi ki, Arif Əsgərovun oğlu, Yorkşir Universitetinin tələbəsi Elnar Əsgərovun əvəzinə imtahana Ceromi Dren adlı şəxs girib. Fransız mənşəli treyder özünü azərbaycanlı kimi qələmə verərək, onun əvəzindən iqtisadiyyat fənni üzrə imtahana qatılıb. İmtahan götürən professor Ceromidən şübhələnib və onu sorğu-sual etməyə qərar verib. Ceromi əvvəlcə başqasının əvəzinə imtahana girdiyini inkar etsə də, daha sonra hər şeyi etiraf edib və cütlük həbs olunub.

Polis istintaq zamanı əvvəlki imtahan vərəqələrində də Drenin əl izlərini aşkar edib. "The Daily Mail" qəzetinin yazdığına görə, Əsgərov imtahanlar üçün Drenə 20 min funt-sterlinq (təqribən, 40 min dollar) verib.

London məhkəməsi isə Arif Əsgərovun oğlu və onun əvəzindən imtahana girən  şəxsə hökm oxuyub. Britaniya mətbuatının yazdığına görə, onların hər birinə 9 ay həbs cəzası kəsilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO