Gəncədə avtomobil skuterlə toqquşdu - XƏSARƏT ALAN VAR

Gəncədə avtomobil skuterlə toqquşdu - XƏSARƏT ALAN VAR

Hazırda oxunan: Gəncədə avtomobil skuterlə toqquşdu - XƏSARƏT ALAN VAR

182490

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat qəzası  baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Yeni Gəncə yaşayış massivində hərəkətdə olan xarici markalı avtomobil ilə  skuter toqquşub. 

Hadisə  nəticəsində skuteri idarə edən 2007-ci il təvəllüdlü İ. Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO