Mart ayında bəzi ərzaq məhsulları bahalaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Məlumata görə, cari ilin martında fevrala nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, kələmin, pomidorun, yerkökünün, çuğundurun, balqabağın, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın və tütün məmulatlarının qiymətlərində müşahidə edilib.
Bu müddət ərzində yumurta və xiyarın qiymətində ucuzlaşma olub. Digər ərzaq məhsullarının qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib.
Bizim.Media