MEDİA “Moderator.az”a XƏBƏRDARLIQ ETDİ 

MEDİA “Moderator.az”a XƏBƏRDARLIQ ETDİ 

Hazırda oxunan: MEDİA “Moderator.az”a XƏBƏRDARLIQ ETDİ 

181210

“Moderator.az” veb-saytı tərəfindən 2024-cü il 4 mart tarixində dərc edilmiş “Məktəbdə bədbəxt hadisə: 8-ci sinif şagirdinin barmağı qopdu” başlıqlı materialda “Media haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının kobud pozuntusu faktı qeydə alınıb. 

Bu barədə Bizim.Media-ya Medianın İnkişafı Agentliyindən məlumat verilib. 

Bildirilib ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən zorakılığı və qəddarlığı nümayiş edən informasiya dövriyyəsi məhdudlaşdırılan informasiyaya aiddir. 

“Media haqqında” Azərbaycan Respublikası Qanununa görə isə mediada informasiya dərc edilərkən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir. 

Qeyd olunan pozuntunun aradan qaldırılması və belə hallara yol verilməsinin qarşısının alınması məqsədilə “Moderator.az” Məhdud Məsuliyyətli Cəmiyyəti media subyektinə məxsus “moderator.az” onlayn media redaksiyasına xəbərdarlıq edilib, qanunvericiliyin tələblərinin bu və ya digər formada pozulması hallarında digər hüquqi tədbirlərin görüləcəyi bildirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO