“Mənim heç bir şübhəm yoxdur ki, Ermənistan KTMT-dən çıxacaq, NATO üzvü olacaq”x9d.
Bunu Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri, Regional Araşdırmalar Mərkəzinin analitiki David Şahnazaryan İrəvanda keçirilən “NATO Cənubi Qafqazda sabitləşdirici qüvvə kimi: cari çağırışlar və regionda inkişaf”x9d mövzusunda seminarda deyib.
“Mənim heç bir şübhəm yoxdur ki, məhz bu baş verəcək”x9d-Şahnazaryan vurğulayıb. Bununla belə o, Ermənistanın NATO-ya üzvlüyü kimi mücərrəd hadisənin Qarabağ münaqişəsinin nizamlanmasından əvvəl, yoxsa sonra baş verəcəyini əminliklə bilmədiyini deyib. Lakin Şahnazaryan əmindir ki, NATO-ya üzvlük növbəsi Gürcüstana çatıb. “Gürcüstan buna hazırdır, situasiyanın başqa inkişaf variantı yoxdur”x9d-o əlavə edib.(Virtualaz.orgxa0)




























































































