“Rusiya-Ukrayna müharibəsində səngərin hər iki tərəfində bir-birinə güllə atanların həm də azərbaycanlılar olduğuna acıyırıq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.
“Ona görə də Suriya və İraqda döyüşən bir qrup azərbaycanlı kimi, Ukrayna savaşında hər iki səngərdə savaşanların da vətəndaşlığı ləğv olunmalıdır. Sözügedən insanların, hətta uşaqlarının belə psixoloji durumunda dərin kök salan zədələr onların inteqrasiyası və reabilitasiyasını çətinləşdirir. Bu səbəbdən qanunvericilik sistemini daha da sərtləşdirməyə ehtiyac var”, - deyə deputat əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:34 / 05.03.2024
“Ukraynada döyüşən azərbaycanlıların vətəndaşlığı ləğv olunmalıdır” – Zahid Oruc
Hazırda oxunan: “Ukraynada döyüşən azərbaycanlıların vətəndaşlığı ləğv olunmalıdır” – Zahid Oruc
Hazırda oxunan: “Ukraynada döyüşən azərbaycanlıların vətəndaşlığı ləğv olunmalıdır” – Zahid Oruc
181164
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.