Sabah arabir yağış yağacaq

Sabah arabir yağış yağacaq

Hazırda oxunan: Sabah arabir yağış yağacaq

1798

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında  gecə 13-15, gündüz 19-21 dərəcə olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Noyabrın 3-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 20-24, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO