Ağstafada qəza: 2 nəfər xəsarət aldı

Ağstafada qəza: 2 nəfər xəsarət aldı

Hazırda oxunan: Ağstafada qəza: 2 nəfər xəsarət aldı

179756

Ağstafada xəsarətlə nəticələnən yol qəzası baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. 

Hərəkətdə olan VAZ markalı  avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq dirəyə çırpılıb. 

Hadisə  zamanı 1994-cü il təvəllüdlü Cahan Cabbarov və 1995-ci il təvəllüdlü Əhməd İsayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir.  

Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO