Doktoranturalar yaradılan elmi müəssisə və təşkilatların siyahısı DƏYİŞDİ

Hazırda oxunan: Doktoranturalar yaradılan elmi müəssisə və təşkilatların siyahısı DƏYİŞDİ

179576

Nazirlər Kabineti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında”.

“Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, “Doktoranturalar (adyunkturalar) yaradılan ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı" dəyişib. Belə ki, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutunun (AzETSPİ) bazasında Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, “Azərbaycan Hidrotexnika və Meliorasiya” Elmi-İstehsalat Birliyinin (“AzH və M” EİB) bazasında Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılıb.

Dəyişiklik ölkə Prezidentinin 17 noyabr 2023-cü il tarixli fərmanının icrası ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO