Şəkidə sakinlərə məxsus tövlələr yandı - FOTO

Şəkidə sakinlərə məxsus tövlələr yandı - FOTO

Hazırda oxunan: Şəkidə sakinlərə məxsus tövlələr yandı - FOTO

178720

Şəkinin Baltalı kəndində iki kənd sakininə məxsus tövlədə yanğın olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə Fövləladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın nəticəsində 84 yaşlı Fikrət Cəlilova məxsus ümumi sahəsi 180 kvadratmetr tövlənin yanar konstruksiyaları, çardağına yığılmış 6 ton ot bağlaması, 2 ton dənli bitki – vələmir yanıb.
Həmçinin yanğının baş verdiyi tövləyə bitişik olan 57 yaşlı Sənəm Quliyevaya məxsus ümumi sahəsi 120 kvadratmetr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 kvadratmetr sahədə və çardağına yığılmış 3 ton ot bağlamasının 1 tonu da yanıb. 

Yanğından tövlənin və ot bağlamalarının qalan hissəsi mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb, hadisənin qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur. 

Faktla bağlı araşdırma başlanılıb.








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO