İsti havadan sonra yağışın yağması kənd təsərrüfatına necə təsir edəcək? – FOTO  

İsti havadan sonra yağışın yağması kənd təsərrüfatına necə təsir edəcək? – FOTO  

Hazırda oxunan: İsti havadan sonra yağışın yağması kənd təsərrüfatına necə təsir edəcək? – FOTO  

178430

Bu bölgəmizdə temperatur 21 dərəcədən 7 dərəcəyə kimi enib.  

Ötən axşamdan başlayaraq Şimal-Qərb bölgəsində yağıntılı hava şəraiti müşahidə olunur. 

Bizim.Media-nın yerli bürosu Şəki Regional Hidrometeorologiya Müəssisəsinə istinadən bildirir ki, iki həftədən bir qədər artıq davam edən quraq və daha çox iqlim normasından artıq isti hava şəraiti yağışlarla əvəzlənib. 

Yağışın yağması ilə bölgə rayonlarında temperatur əvvəlki günlərlə müqayisədə üç dəfəyə kimi aşağı enərək səhər saatlarında 7 dərəcə təşkil edib. 

O da qeyd edilib ki, hazırda bölgənin yüksək dağlıq ərazilərində yağış qara çevrilib. Fevral ayına xas olmayan uzunmüddətli quraq və istilərdən sonra yağışların başlaması əsasən kənd təsərrüfatı sahəsi ilə məşğul olanlar üçün sevindirici hadisə olub.

Kənd təsərrüfatı üzrə mütəxəssis Sahib Mehdiyev bildirir ki, uzunmüddətli quraq və istilər istər ağacların, istərsə də dənli bitkilərin köklərində, toxum hüceyrələrində quruma, susuzluq əmələ gətirməyə başlamışdı.
Bu yağışlar ilk növbədə dənli bitkilərin inkişafına təkan olacaq. Hidrometeroloqlar yağışların gün ərazində davam edəcəyini bildirir. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO