Bakıda avtoyuma məntəqəsində baş verən yanğın söndürüldü - YENİLƏNİB/FOTO/VİDEO

Bakıda avtoyuma məntəqəsində baş verən yanğın söndürüldü - YENİLƏNİB/FOTO/VİDEO

Hazırda oxunan: Bakıda avtoyuma məntəqəsində baş verən yanğın söndürüldü - YENİLƏNİB/FOTO/VİDEO

178134

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində baş verən yanğın söndürülüb.  

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.  

Belə ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın tam söndürülüb. 

Qeyd edək ki, yanğın ikimərtəbəli obyektdə baş verib. Hər mərtəbəsi 80 kvadratmetr olan tikilinin birinci mərtəbəsi avtoyuma, ikinci mərtəbəsi isə çay evi olub. 

*** 16:44

Paytaxtın Bakıxanov ərazisində güclü yanğın başlayıb.  

Bizim.Media xəbər verir ki, bu barədə teleqram kanallarında görüntülər yayılıb. 

Məlumata görə, yanğın avtoyuma məntəqəsində baş verib. 

Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib.  

Ətraflı məlumat veriləcək.
 




Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO