Bu gün Bakıda ata və anasını, qardaşını, bacısını və onun 5 yaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemləri olub.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamada ailənin yaxınları bildiriblər.
MÖVZU İLƏ BAĞLI:
Bakıda DƏHŞƏT: 25 yaşlı oğlan ata-anasını və qardaşını qətlə yetirdi
“İki gün əvvəl Əhmədin atası Mehmanla bir yerdə idik. Mənə dedi ki, “Əhməd dərmanlarını atmır. Həkimlə danışmışam, aparıb Mərdəkandakı xəstəxanaya qoyacağam”” - ailə yaxınları deyib.
Məlumata görə, Əhməd subay olub və ailədən ayrı yaşayıb.
Qeyd edək ki, qafqazinfo.az ailəsini məhv etməkdə şübhəli bilinən Əhməd Əhmədovun fotosunu əldə edib.
Bizim.Media