Bakıda ata-anasını və qardaşını qətlə yetirən şəxsin ailənin daha iki üzvünü də öldürüldüyü məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda DƏHŞƏT: 25 yaşlı oğlan ata-anasını və qardaşını qətlə yetirdi
Məlumata görə, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.
Qətlə yetirilən qız uşağının 5 yaşı olub.
Bizim.Media