Oğuz rayonunda ağır qəza: 3 nəfər xəstəxanalıq oldu

Oğuz rayonunda ağır qəza: 3 nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: Oğuz rayonunda ağır qəza: 3 nəfər xəstəxanalıq oldu

177667

Oğuz rayonunun Yaqublu kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Bizim.Media-nın yerli bürosu hadisə şahidlərinə istinadən bildirir ki, Şəkinin Qayabaşı kənd sakini, 51 yaşlı Elşən Əzizov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə Yaqublu kəndi ərazisində hərəkətdə olarkən digər avtomobili ötərkən qarşıdakı sərt döngəni nəzərə almayıb. Bu zaman avtomobil hərəkət istiqamətini itirib və yolun kənarındakı ağaca çırpılıb.  

Nəticədə sürücü ilə yanaşı avtomobildə sərnişin qismində olan 30 yaşlı Eyvaz Əzizov və 30 yaşlı Vəli Orucov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb, yaralılara ilkin tibbi yardım göstəriləndən sonra onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Oğuzda ilkin tibbi yardım göstəriləndən sonra avtomobilin sürücüsü Elşən Əzizovun vəziyyəti nəzərə alınaraq Şəki Rayon Mərkəzi Xəstəxanasında müalicəsinin davam etdirilməsi məsləhət bilinib.  

Baş vermis yol-nəqliyyast hadisəsi ilə bağlı araşdırma aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO