Şəkidə dörd ailənin yaşadığı bina YANDI - FOTO

Şəkidə dörd ailənin yaşadığı bina YANDI - FOTO

Hazırda oxunan: Şəkidə dörd ailənin yaşadığı bina YANDI - FOTO

176760

Şəkinin ucqar Turan qəsəbəsində baş verən yanğının qəsdən törədilmə ehtimalı araşdırılır. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Turan qəsəbəsində ötən əsrin 70-ci illərində inşa edilən dördmənzilli ictimai yaşayış binasında qəflətən yanğın baş verib. 

Sakinlərdən bir neçəsi evlərində olsa da, digərləri mənzildə olmayıb. Yanğının da elə qapısı bağlı mənzillərdən birində baş verdiyi ehtimal edilir. Sakinlər hadisədən xəbər tutana kimi alov binanın əsas hissəsini bürüyüb. 

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Bütün səylərə baxmayaraq ümumi sahəsi 500 kvadratmetr olan binanın yarıdan çox hissəsi yanaraq yararsız vəziyyətə düşüb. 
Sakinlərdən yalnız bir neçəsi bəzi əşyalarını çıxara bilib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Baş verən yanğın hadisəsinin qəsdən törədilib törədilmədyi müvafiq orqanların araşdırmalarından sonra bəlli olacaq. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO