Jurnalistlərin Qubadlı və Cəbrayıla səfəri başlayıb

Jurnalistlərin Qubadlı və Cəbrayıla səfəri başlayıb

Hazırda oxunan: Jurnalistlərin Qubadlı və Cəbrayıla səfəri başlayıb

17673

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup media nümayəndələrinin işğaldan azad edilmiş Cəbrayıl və Qubadlı rayonlarına növbəti səfəri başlayıb.

Bizim.Media-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirəcəklər.

Sonra erməni vandalları tərəfindən məhv edilmiş meşə sahəsinin bərpası məqsədi ilə ağacəkmə aksiyası olacaq.

Səfər zamanı Bərgüşad və Həkəri çaylarının qovuşduğu ərazidə körpə farel balıqlarının çaya buraxılması da baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO