DYP: “Ölkədə avtomobillərin çoxunun istismar müddəti 20 ildən çoxdur, bu isə…

DYP: “Ölkədə avtomobillərin çoxunun istismar müddəti 20 ildən çoxdur, bu isə…"

Hazırda oxunan: DYP: “Ölkədə avtomobillərin çoxunun istismar müddəti 20 ildən çoxdur, bu isə…"

176148

“Ölkəmizdə qeydə alınan nəqliyyat vasitələrinin 45 faizdən çoxunun istehsal ili 20 il və daha çoxdur. Bu da sözsüz ki, yol-nəqliyyat hadisələri zamanı onların ağırlıq dərəcəsinə bilavasitə təsir edir”.

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovnik-leytenantı Mübariz Ağayev nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, ötən il ölkəmizdə 1 milyon 774 min 77 nəqliyyat vasitəsi qeydə alınıb:

“Onlardan istehsal ili 10 ilə qədər olanların sayı 15 faiz təşkil edir, yəni 266 min 878-ə bərabərdir. İstehsal ili 10 ildən 20 ilə qədər olanların sayı 707 min 673-dür ki, bu da 39,3 faiz təşkil edir. İstehsal ili 20 ildən yuxarı olanların sayı 799 min 526-ya bərabərdir. 
Yəni, respublika üzrə avtomobil parkında nəqliyyat vasitələrinin 45,1 faizinin yaşı 20 ildən yuxarıdır. Hazırda ölkəmizdə hibrid avtomobillərinin sayı 42 min 461, elektrik mühərrikli avtomobillərin sayı isə 3 min 138-dir. Onların sayında kifayət qədər artım var”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO