Rəsmi Bakıdan çexiyalı spikerə tutarlı CAVAB - FOTO

Rəsmi Bakıdan çexiyalı spikerə tutarlı CAVAB - FOTO

Hazırda oxunan: Rəsmi Bakıdan çexiyalı spikerə tutarlı CAVAB - FOTO

175975

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovaya cavab verib. 

Bizim.Media xəbər verir ki, bu barədə o "X"də yazıb. 

"Çexiya qanunverici orqanının rəhbəri Marketa Pekarova Adamova uydurma erməni rəvayətlərinə əsaslanan məsələləri şərh etmək əvəzinə, erməni ev sahiblərindən Ermənistanın öz konstitusiyasında və qanunvericiliyində nəzərdə tutulmuş qonşularına qarşı ərazi iddialarını nə vaxt aradan qaldıracağını soruşsa, daha məqsədəuyğun olardı" , - o bildirib. 

Qeyd edək ki, Marketa Pekarova Adamova İrəvanda Ermənistan parlamentinin sədri ilə birgə mətbuat konfransında Azərbaycanın guya Ermənistanla danışıqlardan çəkinməsi barədə iddialar səsləndirib. 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO