Masallıda həmkəndlisi tərəfindən döyülən şəxs xəstəxanada ölüb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Musaküçə kəndində baş verib.
Kənd sakini 28 yaşlı Nurlan Nuriyev, həmkəndlisi 30 yaşlı Elnur Məmmədovun baş və bədənin müxtəlif nahiyyələrinə yumruq və təpiklə vuraraq ona çoxsaylı xəsarətlər yetirib.
Elnur Məmmədov ağır vəziyyətdə Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq, Elnur Məmmədovun həyatını xilas etmək olmayıb. O, bir neçə gün sonra xəstəxanada dünyasını dəyişib.
Daha ətraflı Bizim.Media-nın hazırladığı videoreportajda:
İlhamə Əli, Nicat Niftəliyev, Bizim.Media