“Azəriqaz” mənzillərdə tüstü bacalarını ən son nə zaman YOXLAYIB? – RƏSMİ AÇIQLAMA 

“Azəriqaz” mənzillərdə tüstü bacalarını ən son nə zaman YOXLAYIB? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: “Azəriqaz” mənzillərdə tüstü bacalarını ən son nə zaman YOXLAYIB? – RƏSMİ AÇIQLAMA 

174757

Hər il qış aylarında dəm qazından zəhərlənənlərin sayı artır. Buna səbəb soyuq aylarda qaza artan tələbat və mənzillərin qaz sobaları ilə qızdırılmasıdır. 2024-cü il daxil olduqdan sonra mətbuatda xeyli sayda insanın dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya müraciət etməsi və bir neçə şəxsin vəfat etməsi ilə bağlı məlumat daxil olub.

Mövzu gündəmə gəldikdə qaz sobalarına nəzarət olunmaması, vətəndaşların özlərinin məsuliyyət yükü, tüstü bacalarının qaydalara uyğun quraşdırılmaması müzakirə olunur. Vətəndaş işin peşəkarı olmadığı üçün hansı qaydanın pozulduğunu, mənzilində sobalara, tüstü bacalarına aid nəyin yanlış, nəyin doğru olduğunu tam bilmir. Buna nəzarəti, qaz sobalarına baxışı qurumlar həyata keçirir. 
 

MÖVZU İLƏ BAĞLI:

Vətəndaşlar dekabrda qaz pulunun ÇOX yazıldığından ŞİKAYƏTLƏNİR, “Azəriqaz” isə... – FOTOFAKT


Xüsusilə də son qərarla qaz sobalarının müayinəsinə “Azəriqaz” İstehsalat Birliyi cavabdehdir. Amma yenə də qurumların məsuliyyətsizliyindən yaranan problem tam həll olmur. Ona görə də hansı qışın son qışımız olacağını bilmirik.

Bəs nə etməli? “Azəriqaz” mənzillərdə tüstü bacalarını ən son nə zaman yoxlayıb? Ümumiyyətlə, qurum il ərzində belə yoxlama tədbirləri aparırmı?

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, bu ildən texniki müayinələri qurum həyata keçirir:

“Yanvar ayının 7-dən etibarən “Azəriqaz” İB texniki müayinələrə başlayıb. Nə qədər mənzildə yoxlama aparıldığı, aktın tərtib edildiyi haqqında yəqin ki, yarımillik və illik hesabat veriləcək.

2022-ci ilin fevralında “Qaz təchizatı haqqında” Qanuna əlavə və dəyişiklər oldu. Bu əlavə və dəyişikliklər Prezidentin fərmanı ilə qüvvəyə mindi və Nazirlər Kabinetinə tapşırıldı ki, həmin o irəlidən gələn qaydaları hazırlayıb “Azəriqaz” istehsalat Birliyinə təqdim etsin. 

2016-cı ildən bəri “Azəriqaz” İstehsalat Birliyi sayğaca qədər məsul idi, sayğacdan sonrakı mərhələyə “Azəriqaz”-ın müdaxilə etmək imkanı yox idi. O fərmanla və əlavə və dəyişikliklə sayğacdan sonrakı mərhələnin də məsulu “Azəriqaz” İB oldu. Dəyişikliyə görə “Azəriqaz”a verilən səlahiyyətlərdən biri də texniki müayinələrin həyata keçirilməsidir”.

Qurum sözçüsü texniki müayinələrin necə keçirilməsinə də aydınlıq gətirib:

“Abonentlərin mənzillərinə baxış zamanı texniki şərtdən kənaraçıxma halları varsa, tüstü bacaları təmizlənib-təmizlənməyibsə, eyni zamanda, digər, yəni vanna otağındakı qaydalardan tutmuş bütün xətlərə qədər texniki şərtdən kənara çıxma halları varsa, “Azəriqaz” İB əməkdaşları bu barədə akt tərtib edəcək. Həmin aktın bir nüsxəsi bizdə, digər nüsxəsi abonentə təqdim ediləcək. 

Abonentə texniki şərtdən kənara çıxan halların əvvəlki vəziyyətə qaytarılması üçün 30 gün vaxt veriləcək. 30 gün müddətində abonent öz vəsaiti hesabına texniki şərtdən kənara çıxma hallarını qaydasına salmalı, tüstü bacalarının təmizlənməsini reallaşdırmalı, vanna otağının parametrləri düz deyilsə, onların hamısını standartlara uyğunlaşdırılmalıdır”.

Eldəniz Vəliyev bu işə digər dövlət qurumlarının da nəzarət edəcəyini qeyd edib:

“Bu akt da birbaşa xüsusi bazaya yerləşdiriləcək, həmin bazaya “Azəriqaz” İB-dən başqa digər məsul dövlət qurumlarının da nəzarət imkanı olacaq. “Azəriqaz” İB-nin əməkdaşları istənilən bir yanlışlığa yol verərsə, digər dövlət qurumları ünvana baxış keçirib, həmin aktın doğru və ya yanlış təhlil olunub olunmamasını yoxlamaq imkanı əldə edəcəklər. Ona görə də bizim əməkdaşlarımız qanundan kənara çıxma hallarına yol verməyəcəklər ki, növbəti dəfə özlərinin hansısa bir məsuliyyət yükünü artırmasınlar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO