Korrupsiya cinayəti törədən 56 şəxs cinayət başında TUTULUB 

Korrupsiya cinayəti törədən 56 şəxs cinayət başında TUTULUB 

Hazırda oxunan: Korrupsiya cinayəti törədən 56 şəxs cinayət başında TUTULUB 

174180

Ötən il əməliyyat qurumları tərəfindən 158 cinayət işi başlanılmış, keçirilmiş 49 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 56 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 30 nəfər saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində geniş əməliyyat müşavirəsində qeyd olunub. 

Bildirilib ki, hesabat dövrü ərzində Baş İdarə tərəfindən 336 şəxs barəsində 224 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

Həmin işlərdən 80 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və rəhbərləri məhkəmə məsuliyyətinə verilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır. 
İstintaqı tamamlanmış cinayət işlərindən 211 şəxs barəsində 114 iş ağır cinayətlər məhkəmələrinə, 12 şəxs barəsində 8 iş hərbi, eyni zamanda 113 şəxs barəsində 102 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib, - deyə məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO