Keşlə dəmiryolu stansiyasında silahlı şəxs SAXLANILDI – FOTO  

Keşlə dəmiryolu stansiyasında silahlı şəxs SAXLANILDI – FOTO  

Hazırda oxunan: Keşlə dəmiryolu stansiyasında silahlı şəxs SAXLANILDI – FOTO  

174106

Keşlə dəmiryolu stansiyasında silahlı şəxs saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsi Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Salyan rayon sakini əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Vahid Əliyev Keşlə stansiyasının ərazisində saxlanılıb. 
Onun üzərinə baxış zamanı 1 ədəd “TT” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

V.Əliyev odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO